S Group

FTS

Xidmət
     
Vətəndaşların təhlükəsizliyi və fövqəladə hallarda (işıqların sönməsi, yanğın, terror aktı və s..) onların hərəkətlərinin təşkil olunmasına həsr olunmuş saytımıza xoş gəlmisiniz. Bu o hallardır ki, vətəndaşların həyat və sağlamlığı onların həmin vəziyyətdə özlərini necə aparmalarından asılıdır. Biz obyektlərin FTS - (Fotoluminiset Təxliyyə Sistemləri) təhlükəsizlik sistemlərinin təchizatı ilə məşğul oluruq. Bizim qurum işin tam təşkil olunmasını həyata keçirir: məsləhətlər, proyektləşdirmə, montaj və FTS avadanlıqlarının satışı. Bizim əməkdaşlarımız bu sahədə mütəxəssisdirlər.
S Group

FTS nədir?

Xidmət
     
FTS - fotoluminiset elementlərinin toplumu - insanların binalardan, tikililərdən və nəqliyyat vasitələrindən təxliyyəsində, fövqəladə halların baş verməsində, elektrik işıqlanmanın qəza halında kəsilməsində, yanğında, tüstülənmədə həmçinin fövqəladə halların qarşısının alınması prosesinin təchiz olunmasında istifadə olunur. Fotoluminiset sistem nişanları uzunmüddətli işıqlanma efektinin sayəsində obyektlərin və əşyaların qaranlıqda görünməsinə imkan yaradır.Təbii və süni işığın təsiri nəticəsində FTS nişanları enerji ehtiyatını tədarük edir və işığın kəsilməsindən sonra qaranlıqda görünür.